Jeleznovodsk sanatoriyaları 100% dolub

Oktyabr ayında Stavropol diyarının Jeleznovodsk şəhərini rekord sayda – 7 mindən çox turist ziyarət edib. Sanatoriyalar artıq 100 faiz dolub.
Bu barədə şəhər meri Yevgeni Moiseev məlumat verib. “Deyə bilərik ki, biz koronavirus pandemiyasından əvvəl əldə etdiyimiz göstəricilərə çatırıq” sitatın sonu. Qeyd edək ki, hazırda şəhərdə 22 kurort mərkəzi fəaliyyət göstərir.

O da bildirilir ki, 2030-cu ilə qədər Qafqaz Mineral Suları regionuna turist axını 5 milyon nəfərə çatdırılacaq. Bu barədə Stavropol diyarının qubernatoru Vladimir Vladimirov məlumat verib. O, regionda perspektivli inkişaf sahələrinin olduğunu vurğulayıb. Bundan əlavə, o vurğulayıb ki, bölgədə hakimiyyətin federal mərkəzin dəstəyi ilə inkişaf etdirmək istədiyi çoxsaylı obyektlər mövcuddur.