Rusiya Prezidenti V.Putin yeni böyük bütün mövsümlük kurortların yaradılmasını tapşırıb

TASS xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin yeni böyük bütün mövsümlük kurortların yaradılması, eləcə də Azov, Baltik, Xəzər və Qara dənizlərin sahillərindən daha fəal istifadə edilməsi barədə göstəriş verib.

“Biz Qara dəniz sahillərinin, Xəzərin, Azov və Baltik dənizlərinin, eləcə də Uzaq Şərq Primoryenin ən zəngin potensialından daha fəal istifadə etməli, burada böyük federal kurortların yaradılması məsələlərini diqqətlə işləməliyik”, – Rusiya lideri Bu barədə çərşənbə axşamı Turizmin inkişafı üzrə Dövlət Şurasının Rəyasət Heyətinin iclasında çıxışı zamanı bildirib.

Putinin fikrincə, belə kurortlar bütün mövsümdə fəaliyyət göstərməli və müasir, rahat infrastruktura, o cümlədən hovuzlara malik olmalıdır.

Bundan əlavə, prezident dövlətlərarası turizm təşkilatlarının yaradılması məsələsinin işlənib hazırlanmasını tapşırıb və turizm sənayesində güzəştlər məsələsinə baxılmasını təklif edib. “Biz geniş kütlə üçün səyahət imkanlarını təmin etmək üçün lazım olan hər şeyi etməliyik”, – dövlət başçısı vurğulayıb.

Bundan əvvəl Putin Xəzər dənizində kurort zonasının dirçəldilməsinin zəruri olduğunu bildirib. “Şimali Qafqazda turizm-rekreasiya komplekslərinin inkişafını davam etdirmək, o cümlədən Xəzərdəki Kayakent kurort zonasını müasir səviyyədə canlandırmaq lazımdır”.