Blog

“ŞIX” sanatoriyası

“ŞIX” sanatoriyası

AZƏRBAYCAN

Qiymət

35.00 AZN

Tutum

4

Müalicə

Tur haqqında

Dayaq-hərəkət aparatının xəstəliklərinin müalicəsinə müsbət təsir göstərən “Şıx” dənizkənarı balneoloji kurortu ölkə paytaxtı vəzifəsini yerinə yetirən Bakı şəhərindən cəmi 10 km aralıqda, Bibi-Heybət qəsəbəsində yerləşir.

Müalicə

"Şıx" sanatoriyası daxilində müalicə qeyri-monoton şəkildə həyata keçirilir. Prosedurlar müxtəlif ekskursiyalar, istirahət, musiqi dərsləri və əyləncəli oyunlar ilə növbələşir. Burada keçirəcəyiniz 18 gündən hər biri olduqca maraqlı tədbirlər ilə yaddaşınızda qalacaq: uşaq ikən xəyallarımızda qurduğumuz və rəvayətlərdə eşitdiklərimiz qədim qala divarları, qızğın döyüşlərə şahidlik etmiş əzəmətli qəsrlər, göylərə ucalmış minarələr, əfsanəvi Qız qalası, dünyanın ən gözəl dənizkənarı bulvarlarından biri sayılan Bakı bulvarı və neçə-neçə tarixi memarlıq abidəsi yolunuzu gözləyir.

Sanatoriyanı tərk edərkən, ziyarətçilər adətən növbəti kəlmələri söyləyərlər: “Düzünü desəm, heç bilmirəm sağalmağıma ən çox təsir edən nə oldu: müalicə, dəniz, günəş, yaxud addımbaşı rastlaşdığım mehribanlıq və səmimilik. Buranı çox gözəl ovqatda tərk edirəm”.

Həqiqətən, nəyin daha çox təsir etdiyini müəyyən etmək namümkündür: güman ki, bu, bir tək Abşeron yarımadasının günəşli sahilində tapılan müalicəvi amillərin toplusudur.

Tibbi göstərişlər
- Artritlər və poliartritlər (qeyri-vərəm mənşəli)
- Revmatoidli artrit (remissiya dövrü)
- Xroniki mialgiya
- Kontrakturalar
- Poliosteoartrozlar, deformasiya edici artrozlar
- Yayılmış osteoxondrozlar
- Ankilozlaşan spondiloartritlər
- İşalqik ağrılar, bel-omba radikuliti
- Podaqrik artrit – sidik turşulu diatez

Tibbi əks-göstərişlər
- Kəskin fazada olan bütün xəstəliklər
- Bədxassəli şişlər
- Vərəm xəstəliyi (aktiv formada)
- Kaxeksiya
- Zöhrəvi xəstəliklər
- Kəskin irinli və iltihabi xəstəliklər
- Tez-tez təkrarlanan profuz qanaxmalar
- Ruhi xəstəliklər (kəskinləşmə dövründə)
- Şəkərli diabet (ağır formada)
- Ürək-qan dövranı xəstəlikləri (II və III mərhələ)
- Anevrizmalar
- Qan xəstəlikləri (kəskinləşmə dövründə)
- Hipertoniya xəstəliyi (III mərhələdə)

Sanatoriya növbəti imkanlara malikdir:
- Müalicə-diaqnostik kabinetlər və laboratoriyalar
- Balneoloji müalicəxana (təbii mineral su təchizatı ilə)
- Elektroişıq müalicəsi
- Mastika yaxmaları
- Naftalan terapiyası
- Palçıqla müalicə
- Masaj
- Müalicəvi bədən tərbiyəsi
- İqlim terapiyası

Müalicə nəticələri təcrübəli mütəxəssislər tərəfindən müşahidə olunur.

 

 

Əlavələr

Tur Planı

QİDALANMA:

Sanatoriyada milli və Avropa mətbəxlərinin müxtəlif taamlarını təklif edən komfortlu yeməkxana sizlərə xidmət göstərməkdədir.

Qidalanma rejimində pəhriz menyusu da nəzərdə tutulub. Şübhəsiz, bütün bunlar əhvalın yaxşılaşmasına yardımçı olur, müxtəlifliyi və zənginliyi ilə fərqlənən Azərbaycan milli mətbəxi isə iştahanı daha da gücləndirir.

Bron et

ilk öncə tarix seçin

Login