Blog

Respublika uşaq sanatoriyası

Respublika uşaq sanatoriyası

AZƏRBAYCAN

Tur haqqında

Respublika uşaq sanatoriyası Bakının Buzovna qəsəbəsində yerləşir.

Altımərtəbəli binanın ümumi sahəsi 8 min kvadratmetrdir. Sanatoriyanın elektrokardioqrafiya, fizioterapiya, tədris-məşğələ, psixoloq, oyun otaqları və palataları ən müasir tibbi avadanlıqla təchiz edilib. Binada 182 nəfərlik tibbi heyətin uşaqlara ən yüksək səviyyədə xidmət göstərməsi üçün geniş imkanlar var. Səhiyyə müəssisəsində somatik xəstəliyi olan 4-14 yaşlı uşaqlar müalicə alacaqlar. Sanatoriyaya respublikanın bütün bölgələrindən olan uşaqlar qəbul edilir. Tibb ocağında xüsusi qulluğa ehtiyacı olan uşaqların anaları üçün də palata nəzərdə tutulub. Binada fizioterapiya və bərpa şöbəsi, müalicəvi idman və 100 yerlik akt zalları, müalicəvi vannaların olduğu dörd otaq yaradılıb.

Əlavələr

Bron et

ilk öncə tarix seçin

Login