Blog

“GÜNƏŞLİ” nevroloji sanatoriyası

“GÜNƏŞLİ” nevroloji sanatoriyası

NAFTALAN

Tur haqqında

SANATORİYA HAQQINDA

“Günəşli” nevroloji sanatoriyası Sizə Azərbaycanın paytaxtı Bakı şəhərinin cəmi 35 km-də yerləşən Abşeron yarımadasının ən mənzərəli yerlərindən biri olan Mərdəkan qəsəbəsində istirahətdən zövq almaq və əsəb sisteminizi sakitləşdirmək imkanı təqdim edir.

İqlimi mülayim qurudur, yayda havası isti-quru, qışda mülayim olur, bu da sinir sistemi xəstəliklərinin müalicəsində mühüm əhəmiyyət kəsb edir. İstirahətçilərin ilin 5-6 ayı ərzində Xəzər dənizində çimmək imkanı olur. “Günəşli” sanatoriyasının müalicəxanasında xəstələr təbii müalicəvi palçıq və müalicəvi mineral yod-bromlu su ilə müalicə olunur.

Müalicə

Sanatoriyanı tərk edərkən, ziyarətçilər adətən növbəti kəlmələri söyləyərlər: “Düzünü desəm, heç bilmirəm sağalmağıma ən çox təsir edən nə oldu: müalicə, dəniz, günəş, yaxud addımbaşı rastlaşdığım mehribanlıq və səmimilik. Buranı çox gözəl ovqatda tərk edirəm”.

Həqiqətən, nəyin daha çox təsir etdiyini müəyyən etmək namümkündür: güman ki, bu, bir tək Abşeron yarımadasının günəşli sahilində tapılan müalicəvi amillərin toplusudur.

Tibbi göstərişlər
- Mərkəzi sinir sistemində iltihabi proseslərdən sonra əmələ gələn qalıq əlamətlər (meningit, serebral araxnoidit, ensefalit, mielit, ensefalomielit)
- Mərkəzi sinir sisteminin damar xəstəliklərinin qalıq əlamətləri (insult, serebral arteroskleroz, hipertenziv ensefalopatiya)
- Baş beyin və onurğa beyin zədələrindən sonra əmələ gələn qalıq əlamətlər
- Periferik sinir sisteminin xəstəlikləri (nevrit, polinevrit və nevropatiyalar)
- Sinir sisteminin funksional xəstəlikləri
- Vegetativ sinir sisteminin xəstəlikləri

Tibbi əks-göstərişlər
- Kəskin formada olan bütün xəstəliklər
- Epilepsiya
- Psixiki pozuntular
- Onkoloji xəstəliklər
- Hipertoniya xəstəliyi, III mərhələ
- Çanaq boşluğu orqanlarının zədələnməsindən sonra əmələ gələn funksional pozuntular (sidik və nəcisin saxlanılmaması)

Sanatoriya növbəti imkanlara malikdir:
- Müalicə-diaqnostik kabinetlər və laboratoriyalar
- Təbii yod-brom vannaları daxil olmaqla, balneoloji müalicəxana
- Elektroişıq müalicəsi
- Mastika yaxmaları
- Palçıqla müalicə
- Masaj
- Müalicəvi bədən tərbiyəsi
- Psixoterapiya
- Aromaterapiya
- Sualtı duş-masaj
- Sualtı dartılma (hidrotraksiya) üçün müalicəvi hovuz
- İqlim terapiyası

Müalicə nəticələri növbəti diaqnostik aparaturadan istifadə edən təcrübəli mütəxəssislər tərəfindən müşahidə olunur:
- Elektrokardioqrafiya
- USM
- Mioqrafiya
- Ensefaloqrafiya
- Kliniki və biokimya laboratoriyaları

Zərurət yarandıqda, siz növbəti mütəxəssislərin xidmətlərindən yararlana bilərsiniz:
- Qastroenteroloq
- Uroloq
- Ginekoloq

Yaşayış
Yerləşmə baxımından sanatoriya iki beşmərtəbəli korpus üzrə 303 çarpayı, 49 ikinəfərlik lüks kateqoriyalı nömrə, 95 ikinəfərlik birotaqlı nömrə və 15 birnəfərlik nömrəyə malikdir.

Əlavələr

Tur Planı

Qidalanma

Sanatoriyada milli və Avropa mətbəxlərinin müxtəlif taamlarını təklif edən komfortlu yeməkxana sizə xidmət göstərməkdədir.

Qidalanma rejimində pəhriz menyusu da nəzərdə tutulub. Şübhəsiz, bütün bunlar əhvalın yaxşılaşmasına yardımçı olur, müxtəlifliyi və zənginliyi ilə fərqlənən Azərbaycan milli mətbəxi isə iştahanı daha da gücləndirir.

Sanatoriya korpusları ən son komfort təsəvvürlərinə tam cavab verir. Tam təchiz olunmuş bir- və ikinəfərlik otaqlar ziyarətçilərin xidmətindəd

İstirahət

Dincələnlərin asudə vaxtı da olduqca maraqlı şəkildə təşkil olunur. Park boyunca gəzintilər, dəniz vannaları və çimərlikdə istirahətdən savayı, ziyarətçilərin qulluğunda kitabxana, kafe, çayxana və diskobar fəaliyyətdədir. Sanatoriya həmçinin müxtəlif məişət xidmətləri göstərilir..

Onu da qeyd etmək lazımdır ki, sanatoriya daxilində müalicə qeyri-monoton şəkildə həyata keçirilir. Prosedurlar müxtəlif ekskursiyalar, istirahət, musiqi dərsləri və əyləncəli oyunlar ilə növbələşir. Burada keçirəcəyiniz 18 gündən hər biri olduqca maraqlı tədbirlər ilə yaddaşınızda qalacaq: uşaq ikən xəyallarımızda qurduğumuz və rəvayətlərdə eşitdiklərimiz qədim qala divarları, qızğın döyüşlərə şahidlik etmiş əzəmətli qəsrlər, göylərə ucalmış minarələr, əfsanəvi Qız qalası, dünyanın ən gözəl dənizkənarı bulvarlarından biri sayılan Bakı bulvarı və neçə-neçə tarixi memarlıq abidəsi yolunuzu gözləyir.

Bron et

ilk öncə tarix seçin

Login