Blog

“BİLGƏH” kardioloji sanatoriyası

“BİLGƏH” kardioloji sanatoriyası

AZƏRBAYCAN

Tur haqqında

“Bilgəh” kardioloji sanatoriyası Sizə Azərbaycanın paytaxtı Bakı şəhərinin cəmi 40 km aralıda yerləşən Abşeron yarımadasının ən mənzərəli yerlərindən biri olan Bilgəh qəsəbəsində istirahətdən həzz almaq və ürək-damar sistemi xəstəliklərinin müalicəsinin aparılmasına müsbət təsir göstərəcək.

Sanatoriyanın yerləşdiyi təbii amilləri, dəniz, quru və mülayim iqlim ürək-damar xəstəliklərinin müalicəsi üçün çox əlverişlidir. “Bilgəh” sanatoriyasının müalicəxanasında xəstələr təbii müalicəvi mineral yod-bromlu su ilə müalicə olunur.

Müalicə:
Tibbi göstərişlər
- Kordial tip üzrə neyrosirkulyator distoniya
- Ürəyin revmatik xəstəlikləri (qeyri-kəskin dövrdə)
- Hipertoniya xəstəliyi, I-II mərhələlər
- Ürəyin işemik xəstəliyi – stenokardiya, I-II fazalar
- Ürəyin işemik xəstəliyi – infarktdan sonrakı kardioskleroz (6 aydan sonra)
- Xroniki ürək çatışmazlığı, I-II mərhələlər
- Aorta-koronar şuntlamadan sonrakı vəziyyət (6 aydan sonra)
- Stentləmə cərrahiyyəsindən sonrakı vəziyyət (4 aydan sonra)Tibbi əks-göstərişlər
- Kəskin formada olan bütün xəstəliklər
- Onkoloji xəstəliklər
- İnfeksion xəstəliklər
- Vərəm və astmoid bronxitlər
- Miokardın kəskin infarktı
- Gərginlik stenokardiyası, III-IV fazalar
- Qeyri-stabil gedişli stenokardiya
- Ürək çatışmazlığı, II-III mərhələlər
- Ürək astması ilə müşahidə olunan kardiopatiya
- Hipertoniya xəstəliyi, III mərhələ
- Hipertonik kriz və beyin insultu
- Hamiləlik, bütün dövrlərdəTam şəraitli müalicə şöbəsi və yüksək ixtisaslı mütəxəssis kurortoloqlar sizin uğurla müalicə olunmağınızı təmin edir. Pasiyentlər reabilitasiya proqramlarında nəzərdə tutulmuş fiziki yükləmələrdən geniş şəkildə istifadə edirlər (trenajorlar, yerimə, idman oyunları, dəniz vannaları və d.).Sanatoriya növbəti imkanlara malikdir:
- Müalicə-diaqnostik kabinetlər və laboratoriyalar
- Müalicəvi yod-brom vannaları
- Masaj
- Müalicəvi bədən tərbiyəsi
- Psixoterapiya
- Fizioterapiya
- Naftalan və parafinlə müalicə
- Günəş və hava vannaları
- Müalicəvi dəniz vannaları
- Müalicəvi gimnastika
- Sualtı duş-masajMüalicə nəticələri növbəti diaqnostik aparaturadan istifadə edən təcrübəli mütəxəssislər tərəfindən müşahidə olunur:
- Elektrokardioqrafiya
- USM
- Kliniki və biokimya laboratoriyalarıZərurət yarandıqda, siz növbəti mütəxəssislərin xidmətlərindən yararlana bilərsiniz:
- Stomatoloq
- Ginekoloq
- Nevropatoloq
- Psixoterapevt
- Uroloq

Əlavələr

Tur Planı

İstirahət

Sanatoriyada istirahət axşamları kifayət qədər əyləncəli keçir: dincələnlər təşkil olunan konsertlərdə fəal iştirak edir, müxtəlif viktorina və yarışlarda isə yumor hissini, fantaziya və biliklərini nümayiş etdirərək zövq alırlar. Yayda qeyd olunan Neptun bayramının şahidi olanları unudulmaz təəssürat əldə etmiş olur.

Sanatoriya ziyarətçilərinə qədimlik, azad memarlıq düşüncəsi və cəsur arxitektur qərarların həmahəng gəldiyi Bakı şəhərinə ekskursiya etmək təklif olunur: qayaüstü təsvirləri ilə məşhur olan, e.ə. 8-7 minilliklərə aid Qobustan qoruğu; əfsanəvi Neft Daşları; Parisin Eyfel qülləsi və Romanın Kolizeyi kimi şəhərin rəmzinə çevrilmiş XII əsrə aid Qız qalası; əsrarəngiz Bakı bulvarı; hamar səthləri və naxışlı divarları daş kitablar tək Azərbaycan xalqının yaradıcı dahiliyini və orijinallığını təsvir edən Şirvanşahlar sarayı.

Maraqlı ekskursiyaların bəxş etdiyi müsbət emosiyalar sanatoriya pasientlərinə müvəffəqiyyətli müalicədə və istirahət edənlərə güclərin bərpasında kömək edəcək. Sonda buranı gümrah, sağlam və enerjili tərk edən hər bir kəs Xəzər dənizinin sahilində yerləşən Bilgəh adlı möhtəşəm kurortu hələ uzun müddət xatirələrində saxlayacaqdır

Qidalanma

Sanatoriyada zəngin milli və Avropa mətbəxlərinin müxtəlif taamlarını təklif edən komfortlu yeməkxana sizə xidmət göstərməkdədir.

Əyləncəli idman oyunları, parkın tennis meydançası, ekskursiyalar, rəqslər, konsertlər, kitabxana və dəniz vannaları asudə vaxtınızın səmərəli keçməsini təmin edəcəklər.

XÜSUSİ ŞƏRTLƏR

İmtiyazlı şəxslər putyovkaları (yollayışları) əldə etmək üçün növbəti orqanlara müraciət etməlidir:

- İş yeri üzrə həmkarlar ittifaqı komitəsinə və ya fəaliyyət göstərdiyi sahə üzrə müvafiq həmkarlar ittifaqına;

- Yaşayış yeri üzrə rayon/şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinə

- Əlillərin sosial müdafiəsi fondlarına.

Bron et

ilk öncə tarix seçin

Login