Blog

“Abşeron” mədə-bağırsaq sanatoriyası

“Abşeron” mədə-bağırsaq sanatoriyası

AZƏRBAYCAN

Tur haqqında

“Abşeron” mədə-bağırsaq sanatoriyası ölkə paytaxtı vəzifəsini yerinə yetirən Bakı şəhərindən cəmi 35 km aralıqda, Abşeron yarımadasının sahilində, Mərdəkan qəsəbəsində yerləşir

“Abşeron”-u seçmiş pasiyentlər təcrübəli həkimlər tərəfindən qarşılanıb müayinə olunur və növbəti 18 gün ərzində daimi tibbi nəzarət altında olurlar. Bundan əlavə, özündə arxitektur cəhətdən milli memarlıq ənənələrinin və müasir üslubun ahəngini təcəssüm etdirən tam komfortlu yaşayış korpusları, tennis meydançası və geniş park hər zaman ziyarətçilərin xidmətindəndir.

Sanatoriyada hökm sürən abu-hava o dərəcədə ailəvi və xoşagələndir ki, ziyarətçilərə müsbət təsirini anında ötürür. Burada hər bir şey tək məqsədə tabedir; bu məram – insanları xoşagəlməz və qıcıqlayıcı amillərdən mümkün qədər uzaqlaşdırmaq və müalicənin səmərəliyini təmin etməkdir.

Həkimlərin fikrincə, rahat mebel, əlvan xalçalar, geniş salon və koridorlar, bir sözlə, estetika və harmoniya insan səhhətinə müalicəvi təsir göstərən faktorlara aiddir.

Sanatoriyanın xidmətlərinə yod-brom vannaları, naftalan terapiyası, parafin terapiyası və təbii palçıq vasitəsilə müalicə ala daxildir. Buranın müalicə bazası kliniki-diaqnostik laboratoriya, funksional diaqnostika, müalicəvi bədən tərbiyəsi, masaj və müxtəlif profilli tibbi kabinetlərdən ibarətdir.

Müalicə:

Sanatoriyanı tərk edərkən, ziyarətçilər adətən növbəti kəlmələri söyləyərlər: “Düzünü desəm, heç bilmirəm sağalmağıma ən çox təsir edən nə oldu: müalicə, dəniz, günəş, yaxud addımbaşı rastlaşdığım mehribanlıq və səmimilik. Buranı çox gözəl ovqatda tərk edirəm”.

Həqiqətən, nəyin daha çox təsir etdiyini müəyyən etmək namümkündür: güman ki, bu, bir tək Abşeron yarımadasının günəşli sahilində tapılan müalicəvi amillərin toplusudur.

Tibbi göstərişlər
- Mədə və 12 barmaq bağırsağın xorası
- Xroniki qastritlər
- Xroniki kolit və enterekolit
- Xroniki xolesistit
- Xroniki hepatit
- Mədə və öd kisəsinin əməliyyatdan sonrakı vəziyyəti
- Xroniki pankreatit
- Şəkərli diabet

Tibbi əks-göstərişlər
- Kəskin fazada olan bütün xəstəliklər
- Epilepsiya
- Psixiki pozuntular
- Onkoloji xəstəliklər
- Hipertoniya xəstəliyi, III dərəcə
- Çanaq boşluğu orqanlarının zədələnməsindən sonra əmələ gələn funksional pozuntular (sidik və nəcisin saxlanılmaması)

Sanatoriya növbəti imkanlara malikdir:
- Müalicə-diaqnostik kabinetlər və laboratoriyalar
- Təbii yod-brom vannaları daxil olmaqla, balneoloji müalicəxana
- Elektroişıq müalicəsi
- Mastika yaxmaları
- Naftalan terapiyası
- Palçıqla müalicə
- Masaj
- Müalicəvi bədən tərbiyəsi
- İqlim terapiyası

Müalicə nəticələri təcrübəli mütəxəssislər tərəfindən müşahidə olunur.

Zərurət yarandıqda, siz növbəti mütəxəssislərin xidmətlərindən yararlana bilərsiniz:
- Uroloq
- Ginekoloq
- Nevropatoloq

Əlavələr

Tur Planı

Yaşayış

Yerləşmə baxımından sanatoriya iki korpus üzrə 188 çarpayı, 21 ikinəfərlik lüks kateqoriyalı nömrə, 67 ikinəfərlik birotaqlı nömrə və 6 birnəfərlik nömrəyə malikdir.

Qidalanma

Sanatoriyada milli və Avropa mətbəxlərinin müxtəlif taamlarını təklif edən komfortlu yeməkxana sizlərə xidmət göstərməkdədir.

Qidalanma rejimində pəhriz menyusu da nəzərdə tutulub. Şübhəsiz, bütün bunlar əhvalın yaxşılaşmasına yardımçı olur, müxtəlifliyi və zənginliyi ilə fərqlənən Azərbaycan milli mətbəxi isə iştahanı daha da gücləndirir.

İstirahət

Sanatoriya korpusları ən son komfort təsəvvürlərinə tam cavab verir. Tam təchiz olunmuş bir- və ikinəfərlik otaqlar ziyarətçilərin xidmətindədir.

Dincələnlərin asudə vaxtı da olduqca maraqlı şəkildə təşkil olunur. Park boyunca gəzintilər, dəniz vannaları və çimərlikdə istirahətdən savayı, ziyarətçilərin qulluğunda kitabxana, kafe, çayxana və diskobar fəaliyyətdədir. Sanatoriya həmçinin müxtəlif məişət xidmətləri göstərilir.

Onu da qeyd etmək lazımdır ki, sanatoriya daxilində müalicə qeyri-monoton şəkildə həyata keçirilir. Prosedurlar müxtəlif ekskursiyalar, istirahət, musiqi dərsləri və əyləncəli oyunlar ilə növbələşir. Burada keçirəcəyiniz 18 gündən hər biri olduqca maraqlı tədbirlər ilə yaddaşınızda qalacaq: uşaq ikən xəyallarımızda qurduğumuz və rəvayətlərdə eşitdiklərimiz qədim qala divarları, qızğın döyüşlərə şahidlik etmiş əzəmətli qəsrlər, göylərə ucalmış minarələr, əfsanəvi Qız qalası, dünyanın ən gözəl dənizkənarı bulvarlarından biri sayılan Bakı bulvarı və neçə-neçə tarixi memarlıq abidəsi yolunuzu gözləyir.

Bron et

ilk öncə tarix seçin

Login